Azərbaycan nə üçün vergi borclarını silir? – VİDEO

  Bölmə: İqtisadiyyat | 3978 | 13:46 21-12-2016

Azərbaycan prezidenti İlham Əliyev vergi amnistiyası (borcların silinməsi - red.) ilə bağlı Milli Məclisə təklif verib. Məsələ ilə bağlı dünəndən etibarən parlamentdə müzakirələr gedir. 

Qanun layihəsi ümumilikdə 44 min 704 vergi ödəyicisini əhatə edəcək. Bunun 1037-si dövlət sektorunda, 43 min 667-si isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir. Faizlərin silinməsi nəticəsində 386,4 milyon manat məbləğin silinməsi təmin olunacaq. 

Bunun da 125,5 milyon manatı dövlət sektorunun, 260,9 milyon manatı isə qeyri-dövlət sektoruna aiddir. Beləliklə, 44 min 704 vergi ödəyicisinin təxminən 624 milyon manat vəsaitinin silinməsi təmin olunacaq. 

Beləliklə, vergi ödəyicilərinin borcu 1 milyard 527 milyon manatdan 904 milyon manata düşəcək.

Oxu.Az məsələnin aktuallığını nəzərə alaraq İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) analitiki Rəşad Həsənovun vergi amnistiyasının müsbət və mənfi tərəfləri ilə bağlı fikirlərini öyrənib. 

İsmayıl Nur


Digər xəbərlər

0.16875290870667