“Neftçi” çilili futbolçunu heyətinə qatdı

  Bölmə: İdman | 3267 | 17:51 04-01-2017

Bakının “Neftçi” klubu transfer işlərini davam etdirir.

Oxu.Az klubun rəsmi saytına istinadən məlumat verir ki, komanda bu dəfə Çilidən olan hücumameyilli yarımmüdafiəçi İqnasio Herrera ilə 1 illik müqavilə imzalayıb.

Sonuncu komandası Qazaxıstanın “İrtış” klubu olmuş 29 yaşlı futbolçu indiyədək Çilinin “Reyncers”, “Huaçipato”, “Maqalyanes”, “Kobreloa”, “Deportes İkike” və İspaniyanın “Real Betis” B klublarında çıxış edib.

S.B.


Digər xəbərlər

0.22873997688293