Lənkəran sakini bacısını daşla döyə-döyə qətlə yetirib

  Bölmə: Kriminal | 2151 | 17:51 04-01-2017

Daxili İşlər Nazirliyi Lənkəranda 4 il əvvəl baş vermiş cinayətlə bağlı məlumat yayıb. 

Oxu.Az DİN-in rəsmi saytına istinadən xəbər verir ki,  məlumata görə, 2012-ci iyun ayının 17-də Lənkəran rayon sakini Təranə Ağayeva yaşadığı Nərimanabad qəsəbəsindəki evdən çıxmış və geri qayıtmayıb.

Lənkəran ŞRPŞ-yə daxil olmuş məlumat əsasında T.Ağayevanın həmin gün qəsəbə ərazisində qardaşı Fuad tərəfindən daşla döyülərək qətlə yetirilməsi və cəsədinin evinin yaxınlığında basdırılması müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində F.Ağayev tutulub. O, hadisəni törətdiyini etiraf edib.
 
Təranənin cəsədinin qalıqlarının eksqumasiya edilməsi üçün tədbirlər görülür.
 
Araşdırma aparılır.  

S.B.


Digər xəbərlər

0.17106413841248