Diktatorun gözəl qızlar “həmləsi”: Dünya mat qaldı – FOTO

  Bölmə: Siyasət | 3348 | 03:08 09-01-2017

Dünyaya qapalı ölkə olan Şimalı Koreya lideri Kim Çen İn dünyanı heyrətləndirən daha bir qərara imza atıb.

Oxu.Az bu barədə cebhe.info-ya istinadla xəbər verir.

İlk dəfə olaraq ölkədə çap edilən təqvimlərdə stüardessa qızların fotolarına yer verilib. 2017-ci il təqvimində stüardessa qızların görüntülərinin yer almasını isə ölkədə inqilaba bərabər tutublar.

Təqvimin ölkəyə turist cəlbi üçün nəzərdə tutulduğu bildirilir. Bundan başqa həm də ölkənin bütün dünyada mənfi olan imicini müsbətə dəyişmək istiqamətində addım da hesab edilir. Təqvimdəki stüardessa şəkillərinin birbaşa ölkə diktatoru Kimin əmri ilə təqvimə yerləşdirildiyi barədə məlumatlar var.

Bundan əvvəl də ölkədə təqvimlər nəşr edilib, lakin hamısında təbiət rəsmləri yer alıb.

A.S.


Digər xəbərlər

0.17669200897217