”Radikal təşkilatlar Azərbaycan gənclərini də təsir dairəsinə salmağa çalışır”

  Bölmə: Siyasət | 4221 | 07:29 20-04-2016

Bu gün AŞPA-nın sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin uşaq məsələləri üzrə baş məruzəçisi Sevinc Fətəliyevanın “Uşaqların radikallaşdırılmasının qarşısının alınması və problemi yaradan səbəblər ilə mübarizəyə dair” məruzəsi dinlənilib. Modern.az saytı xəbər verir ki, məruzədə  dünyagörüşü formalaşma mərhələsində olan uşaqların həssas qrup olaraq ekstremist və radikal cərəyanların hədəfində olduğu vurğulanıb. Sosial diskriminasiya, təhsil mühitindəki ayrı-seçkilik, cəmiyyətdən təcrid olunma və sosial-maddi durumun aşağı olmasının ədalətsizliyə məruz qalma hissini yaratması, eləcə də mənəvi-psixoloji inkişafdakı boşluqlar uşaq və yeniyetmələri radikalizmə sövq edən faktorlar qismində çıxış edir. Məruzədə radikalizmə qarşı mübarizə məqsədilə aşağıdakı tövsiyələr irəli sürülüb:

- İstənilən etnik və sosial-iqtisadi qrupa mənsub uşaqlara qarşı ayrı-seçkilik və təcridetmə ilə mübarizə;

-Bütün uşaqlar və gənclər üçün bərabər inkişaf imkanlarının yaradılması, hayat amalının və lazımlılıq hissinin formalaşdırılması;<p">

- Uşaqların cəmiyyətə inteqrasiyası məqsədilə təhsilin imkanlarından istifadə;

- Uşaqlar, onların ailələri, icmaları və təlimçiləri arasında ünsiyyətin təmin edilməsi;

- Vaxtilə radikal cərəyanlara qoşulmuş uşaqların qınaq obyektinə çevrilməsinin qarşısının alınması;

- İslamofobiya ilə mübarizə və dinlərarası dialoqun təşviq edilməsi;

- İctimai yerlərdə, o cümlədən məktəblərdə, həbsxanalarda və internet məkanında radikallaşmaya qarşı mübarizə aparılması;

- Radikal cərəyanların diqqət mərkəzində saxlanması.

Qeyd olunur ki, Avropa Şurası və digər beynəlxalq qurumlar səviyyəsində terrorizm, ekstremizm və radikalizmə qarşı qəbul edilən müvafiq qərar və qətnamələr, həmçinin, bu sahədə dövlət orqanları ilə vətəndaş cəmiyyəti qurumlarının əməkdaşlığı mövcud təhlükə ilə mübarizənin təşviq edilməsi və nəticələrin səmərəliliyi baxımından önəmlidir.

Məruzədə bildirilir ki, radikal təşkilatlar Azərbaycan gənclərini də təsir dairəsinə salmaq səyləri göstərsələr də dövlətin atdığı addımlar nəticəsində son illərdə radikallaşma meyilləri azalmışdır. Azərbaycan multikultural dəyərlərə sahib bir ölkə olaraq Yaxın Şərqdə məzhəb münaqişələrində mediator kimi daha fəal rol oynaya, Qərb ilə İslam aləmi arasında dialoqa töhfə verə bilər.


Digər xəbərlər

0.16764497756958