Rusiya təyyarəsi türk əsgərlərini bombalayıb

  Bölmə: Dünya | 1188 | 02:06 10-02-2017

Bu gün Rusiya hərbi təyyarəsi Suriya ərazisində Türkiyə hərbi kontingentinin olduğu binaya zərbə endirib. 

Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama yayıb. 

Qeyd olunur ki, hadisə saat 08:40-da baş verib. 

Rusiyaya məxsus hərbi təyyarənin türk əsgərlərinin qaldığı binanı bombalaması nəticəsində üç əsgər həlak olub, 11-i yaralanıb.

Hadisənin pilotun səhvi ucbatından baş verdiyi bildirilir.

S.B.


Digər xəbərlər

0.16836214065552