Latviya XİN: Qarabağda vəziyyətin gərginləşməsi bizi narahat edir

  Bölmə: Müharibə | 1269 | 19:30 13-02-2017

Regiondakı vəziyyətin mürəkkəbliyini başa düşürük. Vaxtaşırı mətbuatda vəziyyətin gərginləşməsinə dair xəbərlər bizi narahat edir.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bunu Latviya xarici işlər naziri  Edqar Rinkeviç azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən brifinqdə deyib.

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə həll oluna bilər. 

“Biz ərazi bütövlüyü prinsipinə sadiqik və ATƏT-in Minsk qrupu tərəfindən aparılan danışıqlar prosesini dəstəkləyirik. Bu, təkcə ATƏT-də deyil, Şərq Tərəfdaşlığı və Avropa İttifaqı çərçivəsində də müzakirə olunur”.  

S.B.


Digər xəbərlər

0.17675995826721