Səfir: Lapşin azərbaycanlıları pisləyərək lovğalanırdı

  Bölmə: Siyasət | 1080 | 19:30 13-02-2017

Hansısa ölkədə qeyri-qanuni hərəkət edirsənsə, bu barədə bütün dünyaya car çəkmək lazım deyil.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Belarusdakı səfiri Aleksandr Surikov blogger Aleksandr Lapşinin Azərbaycana verilməsinə münasibət bildirərkən deyib.

Diplomat bildirib ki, Rusiya və İsrail vətəndaşı olan Lapşin Dağlıq Qarabağa səfər edənlərin Azərbaycana girişinin qadağan olunduğunu bil-bilə bu addımı atıb: 

“Azərbaycanda “Formula-1” yarışı keçirildiyi üçün onu Bakıya buraxıblar. Geri qayıdandan sonra isə o, sosial şəbəkələrdə azərbaycanlıların əleyhinə postlar paylaşaraq lovğalanıb. Sonra isə Belarusa qonaq gedib. Burada onu Azərbaycanın sorğusu əsasında həbs ediblər”. 

Rusiyalı diplomat Azərbaycan tərəfinin müraciətinin qanuni olduğunu deyib.

“Hüquqi nöqteyi-nəzərdən hər şey qaydasındadır. Çünki barəsində cinayət təqibi olan şəxsin təhvil verilməsi barədə MDB ölkələri arasında razılaşma var, Azərbaycan Baş Prokurorluğu da bununla bağlı müraciət edib. Belarus həmin müraciət əsasında qərar qəbul edib. İsrail və Rusiya konsulluq şöbələri Lapşinin ya Rusiya, ya da İsrailə verilməsi üçün iş aparıb. Həmin razılaşma çərçivəsində onu Rusiyaya vermək olardı. Lakin bizdə onun barəsində cinayət işi yoxdur. Baş Prokurorluğumuz onun barəsində cinayət işi açmış olsaydı, o, Azərbaycana yox, Rusiyaya təhvil veriləcəkdi”, - deyə A.Surikov bildirib.

Səfir qeyd edib ki, A.Lapşin Belarusda saxlanılan zaman konsulluq şöbəsinin əməkdaşları ona baş çəkiblər, həm vəkilləri, həm də qohumları ilə görüşüblər: 

“Lakin onu təhvil verilməsinin qarşısını almaq mümkün olmadı”.

S.B.


Digər xəbərlər

0.20582294464111