ABŞ müsəlmanları yəhudi qəbiristanlığının bərpasına 90 min dollar pul yığıblar

  Bölmə: Dünya | 116 | 14:13 23-02-2017

ABŞ-ın müsəlman fəalları Missuridə vandallar tərəfindən hücum edilmiş yəhudi qəbiristanlığının bərpası üçün 90 min dollar pul toplayıblar.

Oxu.Az bu barədə “Reuters”ə istinadən xəbər verir.  

Bu məbləğ fəalların ilkin məqsədi olan 20 min dollardan artıq olub. 3 mindən çox adam pul toplayıb. 

Kampaniyanı iki müsəlman fəal – Linda SarsurTarik Əl-Messidi başlayıb. Sarsur müsəlmanların haqlarının müdafiəçisi kimi tanınır, bu yaxınlarda Trampa qarşı qadın marşının  təşkilatçısı, eləcə də İsrailin fələstinlilərə qarşı siyasətinin tənqidçisidir. 

Tarik Əl-Messidi – Məhəmmədi peyğəmbərin həyat və fəaliyyəti sahəsində əhalinin maarifləndirilməsi ilə məşğul olan “Xeyirxahlığın təntənəsi” QHT rəhbəri və təsisçisidir. 

Fəallar müsəlmanları ABŞ-da yaşayan yəhudilər ilə həmrəylik nümayiş etdirməyə çağırıblar. 

Sarsur və Əl-Messidi martın 20-nə qədər vəsait toplamağı planlaşdırıblar, daha sonra isə həmin vəsaiti qəbiristanlığın bərpasına yönəldəcəklər. Bərpa işlərindən sonra əldə qalan pulları vandalların hərəkətindən zərər çəkmiş digər yəhudi mərkəzlərinin bərpası üçün xərcləyəcəklər. 

Sent-Luisdə qəbiristanlıqda bazar ertəsi axşam saatlarında hücum olub. Vandallar 170-dən çox başdaşını dağıdıblar. Bu qəbiristanlığın 100-dən çox yaşı var.  

N.О.


Digər xəbərlər

0.2730610370636