Ağdamda inəyin vurduğu 56 yaşlı qadın ölüb

  Bölmə: Cəmiyyət | 1026 | 00:01 15-03-2017

Ağdamda iribuynuzlu heyvanın vurduğu 56 yaşlı qadın ölüb. 

Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Əfətli kəndində baş verib. Ağdam Mərkəzi Rayon Xəstəxanasına gətirilən Filyar Əliyevanın vəziyyəti ağır olduğundan yaxınları onu Bərdə xəstəxanasına aparmağa çalışsalar da, qadın yolda həyatını itirib. 

F.Əliyevanın yaxınları onu tövlədə inək vurduğunu deyiblər.

Faktla bağlı araşdırma aparılır. 

S.B.


Digər xəbərlər

0.15483117103577