İsveçdə təlim zamanı tank buzun altına düşüb

  Bölmə: Dünya | 1665 | 10:54 27-03-2017

İsveç Silahlı Qüvvələrinə məxsus tank bazar günü axşam saatlarında Buden şəhəri yaxınlığında buzun altına düşüb.

icxeber.com TASS-a istinadən xəbər verir ki, hadisə hərbi təlim zamanı baş verib.

Dörd hərbçi donvurma diaqnozu ilə xəstəxanaya çatdırılıb. Onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir. Daha bir hərbçinin itkin düşdüyü bildirilir. Hadisə yerində xilasedicilər işləyir. 

Xüsusi xidmət orqanlarının əməkdaşları və hərbçilər tankın sahilə çıxarılması üzrə tədbirlər həyata keçirirlər. 

N.О.


Digər xəbərlər

0.22845315933228