İlham Əliyev Saatlı rayonuna səfər edib - YENİLƏNİB + FOTO

  Bölmə: Siyasət | 1269 | 11:39 28-03-2017

Martın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən Saatlıda inşa edilmiş 100 yerlik körpələr evi - uşaq bağçasının açılışında iştirak edib.

11:18

Azərbaycan Prezidenti İlham Əliyev martın 28-də Saatlı rayonunun Qıraqlı kəndi ərazisində fermer Humay Məmmədovanın pambıq sahəsi ilə tanış olub.
 
icxeber.com-ın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Daha sonra Azərbaycan  Prezidenti Saatlı şəhərinin su təchizatı sistemlərinin istismara verilməsi mərasimində iştirak edib.

10:41

Martın 28-də Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib.

icxeber.com-ın xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev yolun açılışında iştirak edib.

10:31

Azərbaycan Prezidenti İlham Əliyev Saatlı rayonunda səfərdədir.

icxeber.com-ın xəbərinə görə, prezident İlham Əliyev martın 28-də Saatlı rayonunda yeni inşa edilən 110/35/10 kilovoltluq “Sarıcalar” yarımstansiyasının açılışında iştirak edib.

N.О.


Digər xəbərlər

0.22719693183899