Bakıda iranlı qızların başına iş gəldi: Yaralılar var

  Bölmə: Cəmiyyət | 1098 | 12:27 28-03-2017

Bu gecə Bakıda “London taksi”si qəzaya düşüb.

icxeber.com lent.az-a istinadən xəbər verir ki, saat 04 radələrində 1975-ci il təvəllüdlü Əliyev Vüqar Əliabbas oğlunun idarə etdiyi “London TX 4” markalı 10-TH-739 nömrə nişanlı taksi Puşkin küçəsində yol kənarındakı beton lövhəyə çırpılıb.

Nəticədə avtomobildə olan sərnişinlər - İran vətəndaşları 1986-cı il təvəllüdlü Kərimi Fatimə Davud qızı və 1989-cu ildə anadan olmuş Şeyxəlizadə Murtuza Mahmud qızı müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Kliniki Tibbi Mərkəzə aparılıb.

Bildirilir ki, taksidə qəzaya düşən iranlı qızlar martın 19-da Bakıya gəliblər.

Faktla bağlı araşdırma aparılır.

A.M.


Digər xəbərlər

0.56434798240662