Sarkisyan polisə ordudan çox pul xərcləyir

  Bölmə: Dünya | 6534 | 20:00 22-04-2016

 

Sarkisyan polisə ordudan çox pul xərcləyir
Ermənistanda 2015-ci ildə hərbi müdafiəyə xərclənən vəsait 2014-cü il ilə müqayisədə yalnız 4,2% artıb, halbuki polisə sərf edilən vəsait isə 13,7% artıb
Politika.Az xəbər verir ki, bu barədə “Aykakan Jamanak” qəzeti yazır.
“Bu məlumatlar 2015-ci ilin dövlət büdcəsinin icrasına dair hesabata daxil edilib və hesabat bu ərəfədə Ermənistan hökumətinin iclasında təqdim edilib.
Hesabatdan belə görünür ki, Rusiya krediti vasitəsilə əldə edilmiş silahların tədarükü hələ keçən il həyata keçirilməli idi və bu məqsədlə büdcə vəsaiti nəzərdə tutulmuşdu, amma saziş yalnız bu ilin fevral ayında qüvvəyə minib”, - erməni qəzeti yazır.

Digər xəbərlər

0.49782800674438