Eldar Mahmudovun daha 2 Generalı DTX-dan qovuldu - Həbs olunacaqları gözlənilir

  Bölmə: Hadisə | 11034 | 22:47 22-04-2016
Eldar Mahmudovun daha 2 Generalı DTX-dan qovuldu

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudoun cox yaxın ətrafı kimi tanınan daha 2 generalın Dövlət Təhlükəsizlik Xidmətindəki(DTX) vəzifəsinə son verilib.
İCXEBER.COM bildirir ki, azpolitika.info-nun özəl mənbələrdən əldə etdiyi məlumata görə, DTX-nın rəisi Mədət Quliyevin əmrilə general-mayor Əlimusa Əliyev və general-mayor Fərhad Vahabovu təhlükəsizlik orqanlarından qovulub.
Onların barəsində araşdırma başılanıldığı və yaxın günlərdə həbs oluna biləcəkləri də, saytımıza verilən məlumatlar sırasındadır.
Qeyd edək ki, adları çəkilən hər iki generalın təhlükəsizlik orqanlarından xaric ediləcəyi gözləniləndi. Məsələ ondadır ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Kadrlar Baş İdarəsinin rəisi olan general-mayor Əlimusa Əliyev nazir Eldar Mahmudovun “sağ əli” hesab edilirdi. Eldar Mahmudov məhz Əlimusa Əliyevin əli ilə MTN-də “bazar” açmış, pul hesabına 10-larla bu sistemə yaramayan şəxsi təhlükəsizlik orqanlarında işə götürmüşdü.
MTN-in Mərkəzi Aparatının rəhbəri olan general-mayor Fərhad Vahabov da Mahmudovun ən yaxın kadrı hesab edilirdi. Adı onun bir çox qeyri-qanuni işlərində həlledici rol almış şəxs kimi hallanıb.
Qeyd edək ki, Eldar Mahmudova xidmətlərinin müqabilində bu generallar özləri də böyük pullar, varidat qazanıblar. Belə ki, Əlimusa Əliyevin böyük biznes şəbəkəsinin olduğu haqda məlumatlar var. Onun Bakı, Şamaxı, Yardımlı, Qax və Zaqatala şəhərlərində istirahət mərkəzlərinin, mağazalarının, çörək sexlərinin, fermalarının və restoranlarnın, hətta notarius məntəqələrinin olduğu bildirilir.
Bildirilir ki, Ə.Əliyev ən müxtəlif əmlaklara notarius vəzifəsində çalışan həyat yoldaşının sənədlərə basdığı möhürlə sahiblənib.
Ə.Əliyevin Qax rayonu, İlisu kəndində böyük hotel kompleksi tikdirdiyi qeyd olunub. “Bergs otel & Restaurant” istirahət guşəsinin ona məxsus olduğuna dair məlumatlar var.
Elə Fərhad Vahabov da vəzifədə olduğu illərdə böyük biznes şəbəkəsi qurub. Onun Bakı və Şabran şəhərlərində iri mağazalar, restoranlar, çin və yapon mətbəxi təqdim edən kafelər, geyim butiklərinin olduğu bildirilir.
Hər iki generalın belə böyük biznesə qanuni yollarıla yiyələnmədikləri məlumdur. Və yəqin ki, bunun hesabı sorulacaq.


Digər xəbərlər

0.38892817497253