Qızının Vaşinqtonda “dollar qonaqlığı” verdiyi iddia edilən icra başçısı danışdı

  Bölmə: Cəmiyyət | 7659 | 15:37 25-04-2016
aqil 

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov qızının Vaşinqtonda dostlarına “dollar qonaqlığı” verməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

İcra başçısı Aqil Məmmədov musavat.com-a açıqlamasında yayılan xəbərlərə aydınlıq gətirib.

A.Məmmədovun sözlərinə görə, qızının Vaşinqtona getməsi ilə bağlı xəbər yalan olduğu kimi, orada dostlarına “dollar qonaqlığı” verməsi barədə məlumat da yalandır: “Qızımın ümumvətəndaş pasportu yoxdur. Pasportu olmadığı halda, qızım Vaşinqtona necə gedə bilər? Qızım Göygöldən, Gəncə bölgəsindən kənara çıxmayıb”.

İcra başçısı qızının Gəncədə ali təhsil aldığını və kimya-biologiya fakütləsini bitirdiyini qeyd edib: “Qızım universiteti bitirdikdən sonra ailə həyatı qurub. 3 övladı var. Və hazırda Göygöldə yaşayır”.


Digər xəbərlər

0.184730052948