Azərbaycanlı şairin oğlu intihar etdi

  Bölmə: Cəmiyyət | 1134 | 12:27 14-04-2017

Azərbaycanlı şair Səadət Butanın oğlu, 47 yaşlı Məmməd Abdullayev yaşadığı evdə özünü asıb.

icxeber.com Publika.az-a istinadla xəbər verir ki, şair Nazilə Səfərli S.Butanın oğlunun intihar etdiyini təsdiqləyib.

“Səadət xanım Telli Borçalının anasının yasına gedəndə yolda ona zəng edərək hadisəni deyiblər. Bizim üçün də çox dəhşətli xəbər oldu. Çox tərbiyəli, hörmət saxlayan oğlan idi. Axı nədən intihar edə bilər?”, - deyə N.Səfərli bildirib.

Onun intiharının səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

A.S.


Digər xəbərlər

0.5196361541748