Fərhad Hacıyev II Avropa Oyunlarına həsr olunmuş görüşdə iştirak edib

  Bölmə: Siyasət | 927 | 15:39 14-04-2017

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Belarus Respublikasında keçiriləcək II Avropa Oyunlarının hazırlıqlarına həsr olunmuş görüşdə iştirak edib.

icxeber.com xəbər verir ki, görüşdə, eyni zamanda Belarus Prezident Administrasiyası rəhbərinin birinci müavini, Təhsil və idman nazirləri, Belarus Gənclər İttifaqının sədri və digər rəsmi şəxslər iştirak ediblər.

Fərhad Hacıyev I Avropa Oyunlarına hazırlıq prosesi haqqında danışıb. Bu Oyunların hazırlığında bütün ölkənin səfərbər olduğunu, Prezident İlham Əliyevin və Təşkilat Komitəsinin rəhbəri Birinci vitse-prezident Mehriban xanım Əliyevanın proseslərdə birbaşa iştirak və rəhbərlik etdikləri haqqında geniş məlumat verib. 

Fərhad Hacıyev bununla yanaşı, cəlb olunan insan resurslarından, o cümlədən könüllülər və mütəxəssislərdən danışıb, könüllülərin hazırlıq prosesi haqqında ətraflı çıxış edib.

Görüşdə iştirak edən Belarus idmançıları, Olimpiya komitəsinin və İdman və Turizm Nazirliyinin rəhbərləri Bakıda keçirilən I Avropa Oyunlarının ən yüksək dünya standartlarına uyğun keçirildiyini və hazırda bu təcrübə ilə yaxından tanış olduqlarını dəfələrlə vurğulayıblar.  

Çıxışdan sonra Belarus tərəfini maraqlandıran suallara ətraflı cavab verilib. Eyni zamanda Fərhad Hacıyev Belarusun KİV-lərinə müsahibə verib.

Görüşün sonunda I Avropa Oyunlarına həsr olunmuş videoçarx yayımlanıb.

A.S.

 


Digər xəbərlər

0.48848605155945