Dünyada ən güclü haker və haker qrupları — SİYAHI + FOTOLAR

  Bölmə: Dünya | 5661 | 14:49 27-04-2016

Dünyada gəlmiş keçmiş ən güclü hakerlərin siyahısı hazırlanıb.

Hakerlər əməliyyat sistemlərini bütünlüyü ilə bilən, dərinliklərinə enən, kompüterlərlə dərinləməsinə maraqlanan, proqramlamanı professional dərəcədə bilən kompüter mütəxəssisləridir. Onlar dövrümüzdə bir çox dövlət və beynəlxalq qurumların saytlarına və gizli sənədlərinə müdaxilə edərək onların əsas təhlükəsinə çevrilib.

Bu yazımızda dünyanın ən güclü 10 haker və haker qruplarının siyahısını hazırlamışıq.

Ölkə.Az siyahını təqdim edir:
10. Geri Makkinon

Başda ABŞ ordusu və NASA olmaqla 97 kompüterə girməyi bacarıblar. Bəzi vacib sənədləri sildikdən sonra UFO-larla bağlı sənədləri araşdırıblar.


9. Luzsec

Sony, News International, CIA, FBI və Scotland Yard kimi qurumlar bu haker qrupunun internet hücumuna məruz qalıblar. Bu hücumlardan sonra qrupun bir neçə üzvü həbs edilib.


8. Adriyan Lamo

Yahoo, Microsoft, Google ve New York Times-a haker hücumu etdikdən sonra həbs edilib.


7. Mathev Bevan ve Riçard Prays

ABŞ ordusunun internet sisteminə hücum edərək xarici qaynaqlara gizli sənədlər göndəriblər. Bu hadisə ABŞ və Şimali Koreya arasında gərginliyə səbəb olub.


6. Jonatan Jeyms

Beynəlxalq Kosmos Stansiyasını idarə edən proqrama hücum etdikdən sonra NASA bir müddətliyinə internet sistemini bağlamaq məcburiyyətində qalıb.


5. Kevin Poulsen

Radio kanalların birinə sızaraq saxta Porsche qazanma yarışı təşkil edib. Daha sonralar ABŞ Hava Qüvvələrinin sənədlərinə hücum etdiyi üçün həbs edilib.


4. Kevin Mitnik

Pentagon, Nokia ve Motorolaya hücum etdikdən sonra FBI tərəfindən tutularaq 5 il müddətində həbs edilib.


3. Astra

Yunan bir riyaziyyatçı olan Astra bəzi vacib silahların texnoloji məlumatlarını öyrənib və daha sonra onları satmağa nail olub. Bir müddət sonra həbs edilib.


2. Albert Gonzales

36 milyon ədəd kredit kartının kodunu qırmağı bacarıb. Verdiyi zərərin 400 milyondan çox olduğu açıqlanıb.


1. Anonimous

İnternet azadlığını müdafiə edən bu haker qrupunun hücumlarına məruz qalanlar arasında Çin, Vatikan və FBI, CIA kimi qurumlar var.


Digər xəbərlər

0.18541288375854