Məşhur biznesmeni Rövşən Lənkəransiki öldürüb - ŞOK İDDİA - VİDEO

  Bölmə: Kriminal | 20187 | 18:52 28-04-2016

Məşhur biznesmeni Rövşən Lənkəransiki öldürüb

Rusiyada dəhşətli cinayət hadisəsi baş verib

Politika.Az xəbər verir ki, Moskva şəhərində Cambulat Şahmaroğlu adlı biznesmen öldürülüb.

Məlumatlara görə, o, Rusiya bazarlarını göyərti ilə təmin edirmiş. Hadisəyə Şahmaroğlu ilə kriminal avtoritetlər arasında münaqişə yaranması səbəb göstərilir.

İlkin ehtimallara görə, onun Vaqif Süleymanov və Rövşən Lənkəranski ilə mübahisəsi düşüb. Rusiya mediasının yaydığı məlumata görə, Moskva regionundakı göyərti bazarları artıq uzun müddətdir ki, Rövşən Lənkəranski və Levan Canqveladzenin nəzarətindədir.

Qeyd olunub ki, bu hadisədən bir neçə gün əvvəl Şahmaroğluna qarşı sui-qəsd təşkil olunsa da, o, sağ qalıb. Hadisənin təfərrüatları araşdırılır.

Digər xəbərlər

0.16402411460876