Ekspert ləğv olunacaq kreditlərdən danışdı

  Bölmə: İqtisadiyyat | 5418 | 22:11 28-04-2016

Fors-major hallarda banklar öz müştərilərinə güzəştə gedə bilərlər.

Bu sözləri Axar.az-a açıqlamasında bank sahəsi üzrə mütəxəssis Rauf Ağayev deyib. Ekspert Milli Məclisin kiçik həcmli kreditlərin silinməsi ilə bağlı təkliflər paketini dəyərləndirib.

“Müştərinin krediti ödəmək iqtidarında olmadığını nəzərə alsaq, ümumiyyətlə, banklar kiçik həcmli kreditlərlə bağlı güzəştə gedə bilərlər. Bunun üçün əsaslar var. Kredit verən hər bir bank öncədən öz ehtiyat fondunu yaradır. Bu, Mərkəzi Bank və Beynəlxalq Audit Təşkilatları tərəfindən qoyulan bir tələbdir. Tələbə əsasən, kredit verilən zaman həmin kreditlərin qaytarılmama riskinə görə mütləq şəkildə ehtiyat fondu yaradılır. Sözügedən fondlar bütün banklarda var. Yəni fors-major hallarda banklar öz müştərilərinə güzəştə gedə bilər. Ancaq burada bir məsələ var ki, əgər banklar həmin ehtiyat fondunu xərcləmək istəməsələr, onlara təzyiq etmək olmaz. Banklar müstəqil bir təşkilat olduğundan ancaq tövsiyə xarakterli nəsə demək  olar. Çünki hər bir bank öz səhmdarlarının çıxardığı qərarlara tabedir”.

 


Digər xəbərlər

0.18090391159058