Bakıda vəhşilik: Gənc qıza 16 bıçaq zərbəsi vuruldu

  Bölmə: Kriminal | 1773 | 10:18 13-05-2017

Bakıda 24 yaşlı qıza 16 bıçaq xəsarəti yetirilib.

icxeber.com-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə Binəqədi rayonunda baş verib.

Biləcəri qəsəbəsində Saatlı rayon sakini, 1993-cü il təvəllüdlü Əliyeva Aysel Ağakərim qızı naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.

Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər. Onun bədəninə 16 bıçaq zərbəsi vurulub.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Z.Q.


Digər xəbərlər

0.19011497497559