Azərbaycanda 32 və 38 yaşlı qadının ölüm arzusu gerçəkləşmədi

  Bölmə: Cəmiyyət | 1674 | 13:24 13-05-2017

Lənkəranda 38 yaşlı, Salyanda isə 32 yaşlı qadın intihara cəhd edib.

icxeber.com-ın Report-a istinadən verdiyi məlumata görə, Lənkəranda yaşayan 1979-cu il təvəllüdlü İbadov Seymur Səfər oğlu yaşadığı evdə özünü asaraq intihara cəhd edib. 

38 yaşlı qadının intihara cəhd etməsinə səbəb onun anasının iki gün əvvəl dünyasını dəyişməsi olub. O, yaxınları tərəfindən xəstəxanaya çatdırılıb və reanimasiyaya yerləşdirilib. Həkimlər S.İbadovun vəziyyətinin ağır olduğunu bildiriblər.

Salyan rayonunda isə 32 yaşlı Lətafət Yasər qızı Ağayeva sirkə turşusu içərək intihar etmək istəyib. Qadın yaxınları tərəfindən Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsindən sonra onun həyatını xilas etmək mümkün olub.

Z.Q.


Digər xəbərlər

0.15799188613892