Neftin qiyməti 5 faizdən çox aşağı düşüb

  Bölmə: İqtisadiyyat | 1773 | 08:40 26-05-2017

OPEC-ə üzv və qeyri-üzv dövlətlərin neft hasilatının azaldılmasına dair sazişin müddətinin doqquz ay uzadılmasına dair qərarı neftin ucuzlaşmasını sürətləndirib və “qara qızıl”ın qiyməti artıq 5 faizdən çox aşağı düşüb. 

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə gör, saat 22.41-ə olan məlumata görə, Brent markalı neftin iyul füçerslərinin dəyəri 4,82 faiz aşağı düşərək 1 barelə görə 51,36 dollar olub.

WTI neftinin dəyəri isə 4,98% aşağı düşərək 1 barelə görə 48,80 dollar təşkil edib. Bundan əvvəl də neftin qiyməti 5 faizdən çox aşağı düşmüşdü.

Qeyd edək ki,  ötən gün OPEC-ə üzv və qeyri-üzv dövlətlərin neft hasilatının azaldılmasına dair sazişin müddətinin doqquz ay uzadılmasına dair qərar qəbul ediblər.

Azərbaycan qərarı dəstəkləyib.

A.S.


Digər xəbərlər

0.37807488441467