Türkiyədə helikopter qəzasında 13 nəfər həlak olub – YENİLƏNİB

  Bölmə: Dünya | 450 | 00:00 01-06-2017

Türkiyədə cənub-şərqində Şırnak vilayətində baş verən helikopter qəzasında 13 nəfər həlak olub.

Oxu.Az-ın xəbərinə görə, bu barədə məlumatı IHA agentliyi hərbi mənbələrə istinadən yayıb.

Ölənlər arasında bir general, iki polkovnik və daha dörd zabit olduğu bildirilir 

Qəza yerinə Türkiyənin müdafiə naziri Fikri Işık da yollanıb.

23:35

Türkiyə Silahlı Qüvvələrinə məxsus helikopter çərşənbə günü, mayın 31-də, ölkənin cənub-şərqində qəzaya uğrayıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə məlumatı Sabah qəzeti yayıb.

Qəza Şirnak vilayətində baş verib. İlkin məlumata əsasən, xəsarət alanlar var.

Şirnak vilayətinin rəsmiləri bildiriblər ki, helikopter pilotun səhvi səbəbindən qəzaya uğrayıb. 

Hadisə yerinə axtarış-xilasetmə dəstələri göndərilib.

S.B.


Digər xəbərlər

0.42057180404663