AİF 10 mln. manatlıq istiqraz yerləşdirib

  Bölmə: İqtisadiyyat | 306 | 18:18 08-06-2017

Bu gün Bakı Fond Birjasında (BFB) “Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) 10 mln. manatlıq faizli, adlı, sənədsiz ipoteka istiqrazlarının (ISIN nömrəsi AZ2017008684) yeni buraxılışının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

Oxu.Az  BFB-yə istinadən xəbər verir ki, nominal dəyəri 1 000 manat olan qiymətli kağızlar 1 005,25 manat qiyməti ilə satışa çıxarılıb.

İstiqrazlar üzrə toplanmış tələbin həcmi 10 mln. manat təşkil edib və hərraca çıxarılmış qiymətli kağızlar tam yerləşdirilib. Yerləşdirmənin anderrayteri qismində birja üzvü olan “PAŞA Kapital” investisiya şirkəti çıxış edib.

İstiqrazların ödəmə tarixi 18 dekabr 2037-ci ildir.

L.Ə.


Digər xəbərlər

0.46937084197998