Əməkdar artistin həyatı təhlükədədir: "Kor oluram"

  Bölmə: Şou-biznes | 6138 | 22:22 06-05-2016

Əməkdar artistin həyatı təhlükədədir

Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktyoru Vahid Əliyevin səhhəti getdikcə pisləşir. Aktyor yaxın zamanlarda əməliyyat olunmasa, kor olmaq təhlükəsi ilə üz-üzə qalacaq.
İCXEBER.COM xəbər verir ki, bu barədə Publika.az-a V.Əliyev özü açıqlama verib:
“İki gözümün ikisi də görmür. İki addımı seçə bilmirəm, yanımda adam olmasa gəzə bilmirəm. Həkimlər təcili əməliyyata qərar verib. Amma bunun üçün 1500 manat lazımdır. Gərək aldığım məvacibləri 7 ay üst-üstə yığım ki, bu əməliyyata gedə bilim. İllərboyu səhnədə can qoyan bir aktyoram, indi bu sözlərə görə xəcalət çəkirəm. Gözümü əməliyyat etdirmək üçün pul tapa bilmədiyim üçün özüm-özümü danlayıram. İndi də kor olmaq təhlükəsi ilə üz-üzəyəm”.
Aktyor bu vəziyyətdə səhnəyə çıxdığını da deyib:
“Bu yaxınlarda teatrda “Şeyx Sənan” tamaşasında oynayacam. Səhnədən üç-dörd metr yüksəklikdən pilləkənla düşməliyəm. Həmkarlarıma tapşırmışam ki gözləri üstümdə olsun, yoxsa yıxılıb, təhlükə ilə üzləşərəm. Mən də əməliyyat olunub, normal səhnə həyatımı davam etdirmək istəyirəm”.

Digər xəbərlər

0.22451901435852