Ermənilər dinc sakinlərimizi atəşə tutdular – ÖLƏNLƏR VAR

  Bölmə: Müharibə | 2799 | 22:14 04-07-2017

Erməni silahlı bölmələri Füzuli rayonunun Alxanlı kəndini atəşə tutub. 

Oxu.Az APA-ya istinadən xəbər verir ki, kənd axşam saatlarında artilleriya qurğularından və digər silahlardan intensiv atəşə məruz qalıb.

Kənd sakinləri arasında ölən və yaralananlar var. Evlərə ciddi ziyan dəyib.

Müdafiə Nazirliyindən Alxanlı kəndinin atəşə tutulmasını təsdiqləyiblər.

Nazirlikdən bildirilib ki, düşmən atəşi nəticəsində iki kənd sakini həlak olub, yaralılar var.   

Azərbaycan Silahlı Qüvvələrinin bu istiqamətdə yerləşən qüvvələri tərəfindən cavab tədbirləri görülür.

S.B.


Digər xəbərlər

0.17014098167419