Ermənilər dinc sakinlərimizi atəşə tutdular: İki yaşlı uşaq və bir qadın şəhid oldu – YENİLƏNİB

  Bölmə: Müharibə | 144 | 23:49 04-07-2017

İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Bu barədə Oxu.Az Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.

Hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılıb.

Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.

Müdafiə Nazirliyi bildirir ki, baş vermiş qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

22:07

Erməni silahlı bölmələri Füzuli rayonunun Alxanlı kəndini atəşə tutub. 

Oxu.Az APA-ya istinadən xəbər verir ki, kənd axşam saatlarında artilleriya qurğularından və digər silahlardan intensiv atəşə məruz qalıb.

Kənd sakinləri arasında ölən və yaralananlar var. Evlərə ciddi ziyan dəyib.

Müdafiə Nazirliyindən Alxanlı kəndinin atəşə tutulmasını təsdiqləyiblər.

Nazirlikdən bildirilib ki, düşmən atəşi nəticəsində iki kənd sakini həlak olub, yaralılar var.   

Azərbaycan Silahlı Qüvvələrinin bu istiqamətdə yerləşən qüvvələri tərəfindən cavab tədbirləri görülür.

S.B.


Digər xəbərlər

0.69175386428833