Ermənilərin qətlə yetirdiyi iki yaşlı Zəhranın – FOTOSU

  Bölmə: Müharibə | 1395 | 02:14 05-07-2017

Bu gecə düşmən təxribatı nəticəsində həlak olan iki yaşlı Zəhranın fotosu yayılıb.

Oxu.Az-ın xəbərinə görə, fotonu Haqqin.Az saytı dərc edib.

Xatırladaq ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Düşmənin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.

S.B.


Digər xəbərlər

0.15991902351379