Ermənistanın baş naziri Xankəndinə gəldi və separatçılara ürək-dirək verdi

  Bölmə: Siyasət | 6777 | 08:18 09-05-2016
Ermənistanın baş naziri Xankəndinə gəldi və separatçılara ürək-dirək verdi

Son günlər işğalçı Ermənistanın rəhbərliyinin ilhaq olunmuş ərazilərimizə qanunsuz səfərləri intensivləşib. Mayın 8-də baş nazir Ovik Abramyan Xankəndidə peyda olub və separatçıların lideri Bako Saakyanla görüşüb.

Musavat.com bu barədə Ermənistan mətbuatına istinadən xəbər verir. 
Ermənistanın baş naziri deyib ki, Dağlıq Qarabağdakı situasiya təhlükəsizliyin təmin olunması üçün qeyri-standart qərarların qəbulunu tələb edir. Lakin işğalçı ölkənin hökumət başçısı bununla nə demək istədiyini açıqlamayıb. Eyni zamanda o, Ermənistanla Dağlıq Qarabağ arasındakı əlaqələrdən bəhs edərkən tərəfləri sərsəmcəsinə “iki erməni dövləti” kimi xarakterizə edib. Ermənistan hökumətinin mətbuat xidməti xəbər verir ki, baş nazir Qarabağa “işgüzar səfəri çərçivəsində” Saakyanla aprel müharibəsindən sonra gərginləşən vəziyyəti müzakirə edib. Abramyan həmçinin Ermənistan hökumətinin və oyuncaq “DQR”-in saxta “hökuməti”nin birgə toplantısında da çıxış edib. Son günlər Azərbaycan ordusunun təmas xəttində cəmləşməsindən vahiməyə düşən erməniləri sakitləşdirməyə çalışan baş nazir iddia edib ki, aprel müharibəsində erməni ordusunun qarşı tərəfə vurduğu “cavab zərbələri” onu  göstərir ki, erməni xalqı ilə zor dili ilə danışmaq olmaz. Baş nazir Ermənistanın Qarabağa yardım edəcəyi vədini də verib. Son zamanlar erməni diasporu, Ermənistan və Qarabağ erməniləri arasında parçalanmanı gizlətməyə çalışan Abramyan Ermənistan, Qarabağ və diaspor “birliyindən” bəhs edib. 
Görünən budur ki, Ermənistan rəhbərliyi çətin vəziyyətdə olan, azsaylı mülki əhalini belə bölgədə saxlaya bilməyən Qarabağ separatçılarına dəstək olmağa mənasız cəhdlər göstərir.

Digər xəbərlər

0.39768314361572