Bakıda restoranda yanğın, müştərilər təxliyə edildi – FOTO

  Bölmə: İdman | 13 | 23:48 10-07-2017

Paytaxtın Yasamal rayonu ərazisində, Azərbaycan prospekti 35 ünvanında yerləşən “Shaurma N1” restoranında yanğın baş verib. 

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 110 m2 olan restoranının mətbəxində qeydə alınıb.

Yanğın zamanı restorana elektrik enerjisinin verilməsi dayandırılıb, təhlükəsizlik məqsədilə müştərilər təxliyə edilib.

Yanğın saat 21.40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

S.B.


Digər xəbərlər

0.27795696258545