Manaf Ağayev qəzaya düşdüyü deyilən “qohumundan” danışdı

  Bölmə: Şou-biznes | 13 | 10:48 11-07-2017

Xəbər verdiyimiz kimi, Hacıqabul-Horadiz magistralının 68-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, magistralın Saatlı rayonu ərazisindən keçən hissəsində Cəbrayıl rayon sakini, 1984-cü il təvəllüdlü Əliyev Vüsal Məhəmməd oğlunun idarə etdiyi VAZ-2106 markalı, 63 BA 432 dövlət nömrə nişanlı  avtomobillə Füzuli sakini, 1983-cü il təvəllüdlü Ağayev Mahir Zahid oğlunun idarə etdiyi “Niva” markalı 90 ZS 450 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Nəticədə VAZ-2106-da olan sərnişin, Cəbrayıl rayon sakini, 1958-ci il təvəllüdlü Məhəmməd Nəbi oğlu Əliyev ölüb. Onun nəvəsi, 2014-cü il təvəllüdlü Əliyev Süleyman Vüsal oğlu Saatlı rayon xəstəxanasına çatdırılıb. Oğlu, 1984-cü il təvəllüdlü Əliyev Vüsal Məhəmməd oğlu isə açıq kəllə-beyin travması, komatoz vəziyyətdə  Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər Vüsal Əliyevin vəziyyətini çox ağır kimi qiymətləndirir.

“Niva” markalı avtomobilin sürücüsü tanınmış müğənni Manaf Ağayevin yaxın qohumu olduğu bildirilir.

Müğənni bununla bağlı Oxu.Az-a açıqlama verib: “Həmin şəxsi tanımıram. O, mənim qohumum deyil”.

Aytən Sadıqzadə


Digər xəbərlər

0.27784395217896