KİV: Moskva yaxınlığında aerodromda partlayış olub

  Bölmə: Dünya | 3 | 16:21 11-07-2017

Moskva yaxınlığında yerləşən  Jukovski şəhərinin sakinləri yerli aerodromun ərazisində partlayış, ardınca isə yaşğın baş verdiyini bildiriblər. Ehtimala görə, həmin ərazidə təlimlər keçirilirdi.

Oxu.Az məlumat verir ki, bu barədə “360” telekanalı məlumat yayıb.

Şahidlərin sözlərinə görə, yanğını helikopterlərdən söndürürlər.

Məlumat rəsmi olaraq təsdiqlənməyib. Hadisənin təfərrüatları araşdırılır.

N.O.


Digər xəbərlər

0.28167009353638