Beynəlxalq Enerji Agentliyi neft bazarı ilə bağlı proqnozunu dəyişdi

  Bölmə: İqtisadiyyat | 1 | 14:24 13-07-2017

Beynəlxalq Enerji Agentliyi (BEA) növbəti hesabatını açıqlayıb.

Oxu.Az xəbər verir ki, agentliyin hesabatında OPEC-in istehsalı artırması fonunda qlobal neft bazarlarının yenidən tarazlaşmasına ümidlərin azaldığı qeyd olunub.

Hansı ki, iki ay əvvəl qurum neft bazarlarının yenidən tarazlığa qovuşduğunu açıqlamışdı.

Hesabatda qeyd edilir ki, ilin ikinci rübündə bazarın sabitləşib-sabitləşməyəcəyini proqnozlaşdırmaq çətindir: “Bunun üçün bir qədər gözləməliyik”. 

L.Ə.

 


Digər xəbərlər

0.29555296897888