Sürücülərin nəzərinə - VİDEO

  Bölmə: Cəmiyyət | 3 | 21:33 16-07-2017

İsti yay günlərində bəzi sürücülər avtomobil sərin qalsın deyə kondisioner işlək vəziyyətdə avtomobili park edirlər.

Səbəb kimi isə bunu isti havalarla əlaqələndirilər.

Oxu.Az xezerxeber.az-a istinadən bildirir ki, ekspertlər bunun “Yol hərəkəti haqqında” qanunlara zidd olduğunu deyirlər.

Avtomobili işlək vəziyyətdə tərk edən sürücüləri 20 manat cərimə gözləyir.

Avtomobilin kondisioneri işlək halda uzun müddət park edilmiş vəziyyətdə saxlanması ekoloji ziyanla yanaşı, xoşagəlməz hallara da səbəb ola bilər. Belə ki, hərəkət etməyən avtomobilin mühərrikində normal yanma getmir, dəm qazı və digər zərərli maddələr artır. Nəticədə ətrafdakılarla yanaşı, avtomobilin içərisində olan şəxslər də dəm qazından zəhərlənə bilər.

Ekspertlər xoşagəlməz halların baş verməməsi üçün sürücüləri qaydalara əməl etməyə çağırır. 

S.S.


Digər xəbərlər

0.36383485794067