Nigeriyada məsciddə partlayış: 8 ölü, 15 yaralı

  Bölmə: Dünya | 4 | 13:57 17-07-2017

Nigeriyanın şimal-şərqində partlayış baş verib. 

Oxu.Az xəbər verir ki, Trend-in məlumatına görə, partlayış nəticəsində azı 8 nəfərin öldüyü bildirilir.

Fövqəladə Hallar üzrə agentliyin rəhbəri Əhməd Satomi daha 15 nəfərin yaralandığını deyib.

Partlayışla bağlı məsuliyyəti hələ kəs üzərinə almayıb. Polis araşdırmalara başlayıb.

Qeyd edək ki, Nigeriyada "Boko Haram" radikal islam qruplaşması fəaliyyət göstərir.

E.Ə.


Digər xəbərlər

0.2649610042572