Elektriklə çalışan yaxta ilk dəfə dənizə çıxdı – VİDEO

  Bölmə: Maraqlı | 1 | 14:51 17-07-2017

Günəş batareyalarından və hidrogen yanacaq sistemindən enerji alan xüsusi layihələndirilmiş yaxta dənizə çıxarılıb.

Oxu.Az Life.ru-ya istinadən xəbər verir ki, yalnız günəş, külək və su enerjisindən istifadə edən, tamamən elektrik enerjisi ilə çalışan “Energy Observer” katamaranı dünya səyahətinə çıxacaq. 

30 metrlik “yaşıl” katamaran – yeni tarixdə zərərli tullantıları sıfır səviyyəsində olan ilk yaxtadır.

Ekoloji dünya səyahəti  50 ölkədən keçəcək. Səyahət altı ilə qədər çəkə bilər. 

S.S.


Digər xəbərlər

0.44935989379883