Müəllim olmaq üçün qeydiyyatdan keçənlərin sayı açıqlandı

  Bölmə: Cəmiyyət | 2 | 15:12 17-07-2017

Azərbaycanda müəllim olmaq üçün qeydiyyatdan keçənlərin sayı açıqlanıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, iyulun 1-dən 14-dək nazirlik sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı aparılıb: “Müəllim olmaq üçün miq.edu.az saytında qeydiyyatdan keçənlərin sayı 50 min nəfərə yaxındır”.

Xatırladaq ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir. Bu il müsabiqəyə 8000-dən çox vakant yer çıxarılıb.

E.Ə.


Digər xəbərlər

0.28241109848022