Rus dilinin Ermənistanın rəsmi dili elan olunması təklif edilib

  Bölmə: Dünya | 2 | 15:51 17-07-2017

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Ermənistan hakimiyyətinə respublika qanunvericiliyində rus dili üçün rəsmi statusun təsbit olunmasını təklif edib. 

Oxu.Az Report-a istinadən xəbər verir ki, onun sözlərinə görə, bu, milli sürücülük vəsiqələrinin Rusiya ərazisində tanınmasına yardım edəcək.

2017-ci il iyunun 1-dən Rusiyada xarici sürücülük vəsiqələri ilə sürücülərə ölkə ərazisində fəaliyyət göstərməyi qadağan edən qanun qüvvəyə minib.

“Yalnız onu deyə bilərəm ki, rus dilini rəsmi dil olaraq qanunvericilikdə təsbit edin, yalnız o zaman qanun norması Ermənistan respublikasını da əhatə edəcək”, - V.Volodin Ermənistan Milli Məclisinin sədri Ara Babloyan ilə görüşdə bildirib. 

N.O.


Digər xəbərlər

0.25022792816162