Qeyri-neft sektoru üzrə ixracda birinci yeri pomidor tutur

  Bölmə: İqtisadiyyat | 2 | 16:09 17-07-2017

2017-ci il üzrə 6 aylıq məlumatların təhlilindən aydın olub ki, qeyri-neft sektoru üzrə ixracda birinci yeri pomidor (tomat) tutub. Hesabat dövründə 121 milyon dollar dəyərində pomidor ixrac olunub. 

Oxu.Az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, qeyri-neft sektoru üzrə ixracda ikinci yeri qızıl -50,9 milyon dollar, üçüncü yeri isə xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen -48,4 milyon dollar tutub.

Məlumatların təhlili göstərir ki, bu ilin 6 ayında xüsusən də kənd təsərrüfatı və emal məhsullarının ixracında ciddi artım var.

İyun ayında qeyri-neft sektoru üzrə 5 ölkə ixracda əsas yeri tutub. Bunlar Rusiya (84 milyon dollar), İsveçrə (26 milyon dollar), Türkiyə (22 milyon dollar), Gürcüstan (14 milyon dollar), Türkmənistandır (7 milyon dollar).

L.Ə.


Digər xəbərlər

0.3190541267395