Məşqçilər və həkimlər Mətanət Əsədovadan niyə bezib?

  Bölmə: Şou-biznes | 12105 | 19:33 12-05-2016

"130 minlik toydan imtina etdim" -  Mətanət Əsədova

Müğənni Mətanət Əsədova “5/5” verilişində qonaq olub.
Axşam.az-ın məlumatına görə, sənətçi uzun müddətdir xəstə yatdığını deyib.
O, aparıcı Zaur Kamalın “Deyir ki, 4 min manatlıq libas geyinmişdim. Elçin Cəfərovun toyunda hamı mənə baxırdı, göz dəydi. Xəstələndim və 130 minlik toyumdan oldum” sözlərinə belə cavab verib:
“Bir aparıcı mənə deyirdi ki, Mətanət sən efirə çıxandan məşqçilər və həkimlər bezib. Çoxları gedib plastik əməliyyat etdirirlər ki, bədən quruluşumuzu Mətanətinki kimi edin. Mən əməliyyat etdirmədim, anadangəlmə beləyəm. Gözə-nəzərə inanıram. 62 gündür yerdə xəstə yatıram. Səs tellərimdə problem yaranmışdı. 130 minlik toydan imtina etdim. Səsim mənim üçün daha önəmlidir. Maddi durum vacibdir, amma sağlamlıq daha üstündür. Mənlə əlçatmaz sənətimdən daniş, özümə aid suallar ver. Gördüyün müğənnilərdən deyiləm, qarşında susum".

Digər xəbərlər

0.53938007354736