Göygöl rayon Təmizlik İdarəsinin əməkdaşı iş başında öldü

  Bölmə: Cəmiyyət | 63 | 11:45 06-08-2017

Göygöldə ölüm hadisəsi baş verib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Göygöl rayon Təmizlik İdarəsinin işçisi, 1964-cü il təvəllüdlü Tağıyev Nurəddin Novruz olu səhər saatlarında ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

N. Tağıyevə tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə N. Tağıyev məişət tullantıları yığan zaman ehtiyatsızlıq nəticəsində dərəyə yıxılaraq ağır xəsarət alıb və xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

A.M.

 


Digər xəbərlər

0.39016103744507