Bakıda gözəllik salonunda qadınlar saçyolduya çıxdı

  Bölmə: Kriminal | 297 | 16:03 06-08-2017

Bakıda gözəllik salonunda qadınlar arasında dava-dalaş düşüb.

Oxu.Az lent.az-a istinadən xəbər verir ki,  Nərimanov rayonu Həsənoğlu küçəsi 14 ünvanındakı salonda 1973-cü il təvəllüdlü Xuraman Əbdürrəhimova ilə 1992-ci ildə anadan olmuş Tünzalə Şəfiyeva arasında mübahisə münaqişəyə çevrilib. Onlar bir-birlərinə xəsarətlər yetiriblər və daha sonra hadisə barədə polisə məlumat verərək şikayət ediblər.

Xuliqanlıq hadisəsi ilə bağlı araşdırma aparılır.

A.H.


Digər xəbərlər

0.48388004302979