İranın Qərbi Azərbaycan əyalətində 2 silahlı məhv edilib, 4-ü yaralanıb

  Bölmə: Dünya | 27 | 22:45 06-08-2017

İran hərbçiləri ölkənin şimal-qərbində 2 silahlını məhv edib, 4-ü yaralayıblar.
 
Oxu.Az APA-ya istinadan xəbər verir ki, bu barədə “Tasnim” agentliyinə İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Quru Qoşunlarının komandanı Məhəmməd Pakpur bildirib.
 
İnsidentin Türkiyə və İraqla sərhəddə yerləşən Qərbi Azərbaycan əyalətində baş verdiyi bildirilir. Silahlıların hansı qruplaşmanın üzvləri olduğu barədə məlumat verilmir. M.Pakpurun sözlərinə görə, silahlılardan külli miqdarda silah-sursat, texnika və  hərbi sənədlər müsadirə edilib. 


Digər xəbərlər

0.48877501487732