“Sabunçu bazarı”nda yanğın baş verdi – VİDEO

  Bölmə: Cəmiyyət | 27 | 08:39 07-08-2017

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Sabunçu rayonunda “Sabunçu bazarı”nın ərazisində vətəndaşa məxsus ümumi sahəsi 65 m² olan mağazanın yanar konstruksiyaları, vətəndaşa  məxsus ümumi sahəsi 12 m² olan gözəllik salonu və bitişik mağazaların dam örtükləri 60 m² sahədə yanıb.

Yanğın nəticəsində ölən və ya xəsarət alan olmayıb. Bitişik digər mağazalar yanğından mühafizə olunub. Yanğın saat 23:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

A.S.

Video: APA

 


Digər xəbərlər

0.68527507781982