Bakıda 2 yaşlı körpə eyvandan yıxıldı

  Bölmə: Cəmiyyət | 36 | 08:45 07-08-2017

Bakıda körpə beşmərtəbəli binadan yıxılıb.

Oxu.Az-ın Report-a istinadla xəbərinə görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, 2 yaşlı İsmayılzadə Yusif Seymur oğlu Cəmşid Naxçıvanski küçəsi 35 ünvanında yerləşən beşmərtəbəli binanın 2-ci mərtəbəsinin eyvanının pəncərəsindən yerə yıxılıb. Nəticədə körpə kəllə-beyin travması alıb.

O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Həkimlər Y.İsmayılzadənin vəziyyətini orta-ağır kimi qiymətləndirir.

A.S.


Digər xəbərlər

0.39312791824341