Sneyderin yeni klubu məlum oldu

  Bölmə: İdman | 27 | 10:06 07-08-2017

“Qalatasaray”dan ayrılan Uesli Sneyder karyerasını Fransada davam etdirəcək.

Oxu.Az cbcsport-a istinadən xəbər verir ki, hollandiyalı futbolçu Nitsaya gedib.

Sneyderin sabah tibbi müayinədən keçəcəyi, daha sonra “Nitsa” klubu ilə müqavilə bağlayacağı gözlənilir. Müqavilənin müddəti 1+1 illik nəzərdə tutulub.

33 yaşlı yarımmüdafiəçinin illik qazancı 1.8 milyon avro olacaq.  

Qeyd edək ki, Sneyder bu yay 2012-ci ildən çıxış etdiyi “Qalatasaray”la müqaviləni qarşılıqlı şəkildə ləğv edib.

E.Ə.


Digər xəbərlər

0.47791814804077