Əfqanıstanda silahlıların hücumu zamanı 50 nəfər öldürülüb

  Bölmə: Dünya | 27 | 10:54 07-08-2017

Silahlı şəxslər Əfqanıstanın şimalındakı Sari-Pul vilayətinin kəndinə hücum ediblər.

Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, hücum zamanı aralarında qadınlar və uşaqlar – dinc sakinlər də olmaqla, 50 nəfər öldürülüb. Öldürülənlər arasında 7 əfqan hərbçisi və hücum etmiş silahlılar da var.

Hücumun təfərrüatı hələlik məlum deyil. Bildirilir ki, hücum “Taliban” və İŞİD silahlıları tərəfindən həyata keçirilə bilər. Lakin “Taliban” bununla bağlı ittihamları rədd edib. 

İ.F.


Digər xəbərlər

0.48569583892822