Namiq Qaraçuxurlu tanınmış təşkilatçı haqda: Borcumu qaytarsın

  Bölmə: Şou-biznes | 45 | 11:06 07-08-2017

Meyxanaçı Namiq Qaraçuxurlu “ATV maqazin onlarla” verilişinə müsahibəsində konsert verməməsinin səbəbini açıqlayıb. 

Oxu.Az xəbər verir ki, verilişə açıqlama verən meyxanaçı bildirib ki, hazırda konsert təşkil edəcək təşkilatçı yoxdur: “Bizdə təşkilatçılıq sahəsində boşluq var. Konserti təşkil edirlər, lakin sözlərinə əməl etmirlər. Mən də bu cür hallara görə konsertdən “iyrəndim”. İndi səhhətində problem var, adını çox hallandırmaq istəmirəm. Allah Nahidə (Nahid Emiloğlu – red.) insaf versin, sonuncu konsertdən sonra mənə olan borcunu qaytarsın”, - deyə o bildirib.

Xatırladaq ki, tanınmış təşkilatçı, “Səs music organization”nun rəhbəri Nahid Emiloğlu (Şükürov) Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (Bandotdel) əməkdaşları tərəfindən həbs edilib. Onun türkiyəli müğənni Rafet El Roman və azərbaycanlı ifaçı Damlanın konsertləri üçün saxta bilet satışı etməkdə günahlandırıldığı deyilir.

A.S.


Digər xəbərlər

0.41056799888611